Çempionlar Liqası: bu gün “Atletiko” ev, “Barselona” səfər oyununa çıxacaq

Çempionlar Liqası: bu gün “Atletiko” ev, “Barselona” səfər oyununa çıxacaq

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçiriləcək.

“Birxeber.Az”un məlumatına görə, günün qarşılaşmaları Madrid və Parisdə baş tutacaq.

“Atletiko” doğma arenasında Dortmund “Borussiya”sını qəbul edəcək. Digər görüşdə “Barselona” PSJ-nin qonağı olacaq.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel

23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu