Bayden İsveçrədə Ukrayna sülh konfransında iştirak etmək niyyətindədir

Bayden İsveçrədə Ukrayna sülh konfransında iştirak etmək niyyətindədir

ABŞ Prezidenti Co Bayden İsveçrənin təşkil etdiyi Ukrayna sülh konfransında iştirak etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, belə hallarla bağlı rəsmi təsdiqlər ənənəvi olaraq tədbirdən bir müddət əvvəl verilir. Həmçinin vurğulanıb ki, İsveçrə və Ukrayna hələlik konfransda iştirak etmək niyyətində olan tərəflərə dəvət göndərməyib.

Aprelin 8-də İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı konfrans keçirmək planlarını təsdiqləyib. Bununla belə, nazirlikdən qeyd ediblər ki, onun keçirilmə tarixi və yeri dəqiqləşdirilir.

Öz növbəsində “Bloomberg” məlumat yayıb ki, İsveçrə iyunun 16-17-də Ukrayna üzrə sülh konfransı keçirmək niyyətindədir. Konfransda 80-100 ölkənin iştirak edəcəyi gözlənilir.