Bakıda 33 yaşlı qadını avtomobil vurub 

Bakıda 33 yaşlı qadını avtomobil vurub 

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Hacıyeva Aytac Nurəddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.