Qəzzada Nuseyrat düşərgəsinin atəşə tutulması nəticəsində azı 14 nəfər həlak olub

Qəzzada Nuseyrat düşərgəsinin atəşə tutulması nəticəsində azı 14 nəfər həlak olub

İsrail qüvvələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə zərbə endirməsi nəticəsində azı 14 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, yaşayış binası atəş altında qalıb. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.