İordaniyada Hökuməti: ABŞ hərbi bazasına PUA ilə hücum edilməyib - YENİLƏNİB

İordaniyada Hökuməti: ABŞ hərbi bazasına PUA ilə hücum edilməyib - YENİLƏNİB

İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, - deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

***

Saat 20:36

İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Birxeber.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.

Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.