Bayden Netanyahunun Qəzza zolağına yanaşmasını səhv adlandırıb və İsraili qınayıb

Bayden Netanyahunun Qəzza zolağına yanaşmasını səhv adlandırıb və İsraili qınayıb

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağına yanaşmasını səhv adlandırıb.

Birxeber.Az xəbər verir ki, Bayden bunu “Univision” telekanalına müsahibəsində deyib.

“Hesab edirəm ki, onun hərəkətləri səhvdir. Onun yanaşması ilə razılaşmıram”, - Ağ Ev rəhbəri vurğulayıb.

Amerika televiziya kanalı vurğulayıb ki, bunlar Baydenin israilli siyasətçiyə qarşı ən sərt bəyanatlarıdır.

ABŞ prezidenti həmçinin qida və dərman vasitələrinə çıxışı təmin etmək üçün İsraili atəşkəsə çağırıb.