Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir

Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir

Fransa jandarmı etiraz edən fermerlərin blokadaya salmaq istədiyi Avropanın ən böyük ərzaq bazarı olan Ryunji və Paris yaxınlığındakı Şarl de Qoll hava limanı ərazisinə zirehli avtomobillər və şəxsi heyət cəlb edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Paris prefekturasının polis idarəsi məlumat yayıb.

Qeyd olunub ki, Fransanın daxili işlər naziri Jerald Darmanin göstərişinə əsasən, hər hansı blokadanın qarşısını almaq üçün Ryunji və Ruassi bölgələrinə böyük müdafiə qüvvələri yerləşdirilib.

Təkərli zirehli maşınları ilə dəstəklənən mobil qüvvə ərazilərin girişinə nəzarət etmək üçün ərazidədir.

Qeyd edək ki, inflyasiya və Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirləri azalan narazı fermerlər Fransada kütləvi nümayişlər keçirir. Fermerlər traktorlardan istifadə edərək yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.