Zelenski: Xarkovun işğal edilməməsi üçün əlimizdən gələni edirik

Zelenski: Xarkovun işğal edilməməsi üçün əlimizdən gələni edirik

Rusiya Prezidenti Vladimir Putin Xarkovu ələ keçirmək istəyir, lakin Ukrayna bunun baş verməməsi üçün əlindən gələni edir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” qəzetinə müsahibəsində söyləyib.

Nəşr diqqət çəkib ki, Xarkovun böyük simvolik önəm daşıyır və buna görə də Putin onu ələ keçirmək istəyir. Prezident Zelenski deyib ki, Ukrayna bunun qarşısını almaq üçün əlindən gələni edir:

“Putin ancaq güc dilini bilir. O, heyvan kimi hiss edir: özünü qoruya bilməsən, o, daha çox məhv edəcək. Onun istəyi bütün Ukraynanı ələ keçirməkdir”.

Dövlət başçısı vurğulayıb ki, Putin hər şeyi məhv etməyə hazırdır və öz məqsədi üçün xeyli insanı öldürməyə hazırdır.

“İnsanların çoxu qaçmayacaq, ona görə də onların çoxunu öldürəcək. Necə olacaq? Çox qan olacaq. Çoxlu qurbanlar, çoxlu itkilər olacaq. Söhbət yüz minlərlə insandan gedir”, – Zelenski Xarkov uğrunda döyüşləri nəzərdə tutaraq söyləyib.