Rusiyalı jurnalist Mixail Zıqar axtarışa verilib

Rusiyalı jurnalist Mixail Zıqar axtarışa verilib

Rusiyalı tanınmış jurnalist Mixail Zıqar axtarışa verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan Zıqarı axtarışa verib.

Onun barəsində Rusiya hərbçiləri haqqında feyk xəbərlər yaydığına görə cinayət işi açılıb.

Qeyd edək ki, M. Zıqar "Vsya Kremlevskaya Rat" , "İmperiya doljna umeret" , "Voyna i mif" kitablarının müəllifidir.