Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var

Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var

Gəncə şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza Yeni Gəncə qəsəbəsindəki 28 May küçəsində baş verib.

Belə ki, "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.