Novxanıdakı yol qəzasında xəsarət alan şəxs ölüb

Novxanıdakı yol qəzasında xəsarət alan şəxs ölüb

Abşeron rayonu, Novxanı kəndi ərazisində baş verən qəzada xəsarət alan şəxs ölüb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, qəza zamanı xəsarət alan Mübariz Nizami oğlu Allahverdiyev Sumqayıt şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Burada əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.