Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı etiraz yürüşü keçirilib

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı etiraz yürüşü keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq yürüş keçiriblər.

"Report"un yerli bürosu xəbər verir ki, təşkilatçılar yürüşün məqsədinin ölkənin azadlığının və Avropa gələcəyinin qorunması olduğunu deyirlər. Yürüş Respublika meydanından başlayıb və etirazçılar buradan parlament binasının qarşısına yürüş ediblər.

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” partiyası ötən gün “Xarici agentlər haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib. Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.