İranda polis maşınlarına hücum olub, 5 asayiş keşikçisi ölüb, yaralananlar var

İranda polis maşınlarına hücum olub, 5 asayiş keşikçisi ölüb, yaralananlar var

İranın Sistan və Bəlucistan əyalətində Soran-Mehristan avtomobil yolunda iki polis maşınına silahlı hücum nəticəsində 5 asayiş keşikçisi ölüb və bir neçəsi yaralanıb.

“Birxeber.Az” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, hücuma görə məsuliyyəti “Ceyş-ül-Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.