Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində iştirak ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində iştirak ediblər

Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.

"Birxeber.Az" xəbər verir ki, yanvarın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və başqaları şəhidin yas mərasiminə qatılıblar.

Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı veriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da yas mərasimində iştirak edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Din Din
Bakıda əhali qurban kəsib

Bakıda əhali qurban kəsib

Din Din
Mübariz Qurbanlı: "İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb"

Mübariz Qurbanlı: "İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb"

Din Din
Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Azərbaycandakı dini konfessiya rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Din Din
Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Din Din
İsmayıllıda "Media və din" adlı üçgünlük seminarın açılışı olub

İsmayıllıda "Media və din" adlı üçgünlük seminarın açılışı olub

Din Din
QMİ Ramazan ayı ilə bağlı fətva verib

QMİ Ramazan ayı ilə bağlı fətva verib

Din Din
QMİ sədri: "İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır"

QMİ sədri: "İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır"

Din Din
QMİ: "İran Yuxarı Gövhərağa və Göy məscidi "bərpa" edərkən onun azərbaycanlılara məxsusluğunu dəyişdirib"

QMİ: "İran Yuxarı Gövhərağa və Göy məscidi "bərpa" edərkən onun azərbaycanlılara məxsusluğunu dəyişdirib"

Din Din
Dini təhlükəsizlik: dövlət, cəmiyyət və media əməkdaşlığı yad təsirlər qarşısında sipərdir - TƏHLİL

Dini təhlükəsizlik: dövlət, cəmiyyət və media əməkdaşlığı yad təsirlər qarşısında sipərdir - TƏHLİL

Din Din
Mübariz Qurbanlı icma üzvləri ilə “Məşədi Dadaş” məscidinə yeni imam təyinatını müzakirə edib

Mübariz Qurbanlı icma üzvləri ilə “Məşədi Dadaş” məscidinə yeni imam təyinatını müzakirə edib

Din Din
Mübariz Qurbanlı: "Məşədi Dadaş" məscidinə təyinat alan imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir"

Mübariz Qurbanlı: "Məşədi Dadaş" məscidinə təyinat alan imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir"

Din Din
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər müəyyənləşib

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər müəyyənləşib