XİN Ramazan bayramı ilə bağlı paylaşım edib

XİN Ramazan bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ramazan bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda bildirilib:

"Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması, Ramazan Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, bu mübarək bayramda hər bir evə, ailəyə cansağlığı, ruzi-bərəkət və xoşbəxtlik arzu edirik.

Ramazan bayramınız mübarək!"