Amerikalı aktyor külli miqdarda cərimə ödəməlidir

Amerikalı aktyor külli miqdarda cərimə ödəməlidir

Amerikalı aktyor Kevin Speysi (Kevin Spacey) “Media Rights Capital” (MRC) prodüser şirkəti ilə pozulan müqaviləsinə görə külli miqdarda cərimə ödəməlidir.

birxeber.az “WSJ”yə istinadən xəbər verir ki, 2017-ci ildə “Netflix” şirkətinin “Kartlar evi” serialında baş rolda çəkilmiş aktyor həm roldan, həm də serialın baş prodüseri vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb çəkiliş heyətinin üzvlərinin onu seksual xarakterli hərəkətlər etməkdə və nalayiq davranışda günahlandırması, həmçinin bununla bağlı məlumatın CNN-də dərc olunmasıdır.
K.Speysinin serialdan kənarlaşdırılması nəticəsində serialın qısaldığı barədə qənaətə gələn Los Anceles məhkəməsi aktyorun MRC-yə 29,5 milyon dollar təzminat və 1,4 milyon dollar məhkəmə məsrəfləri üçün vəsait ödəyəcəyinə dair qətnamə çıxarıb.