İstanbulda kilsəyə silahlı hücum edənlərin biri saxlanılıb

İstanbulda kilsəyə silahlı hücum edənlərin biri saxlanılıb

Türkiyə polisi İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən iki nəfərdən birini saxlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Maria” kilsəsində bazar ibadəti zamanı baş verib.

Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni pisləyiblər.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya cinayətkarların saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.