İmişlidə yol qəzasında ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

İmişlidə yol qəzasında ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB

İmişlidə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Birxeber.Az-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, İmişli rayon sakini, Camal Heydərov idarə etdiyi "Ford Tranzit" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qarşısına çıxan piyada Həsən Şəmiyevi vurub.

Sonuncu hadisə nəticəsində həyatını itirib.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

***

Saat 20:07

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cahar kəndində qeydə alınıb.

"Ford Tranzit" markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.