ADY tranzit yüklərin daşınmasını 10%-dən çox artırıb

ADY tranzit yüklərin daşınmasını 10%-dən çox artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin birinci rübündə 4,4 mln. tondan çox yük daşıyıb ki, bunun 1,8 mln. tondan çoxu tranzit yüklərin payına düşüb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, tranzit yükdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə 11% artım qeydə alınıb.

“Eyni zamanda daxili yükdaşımada 6% artımla yüklərin ümumi həcmi 816 min tonu ötüb”, - məlumatda qeyd olunub.