"Fənərbaxça" ilə bağlı PFDK-ya müraciət edilib

"Fənərbaxça" ilə bağlı PFDK-ya müraciət edilib

Aprelin 7-də "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilən Super Kubok matçında baş verən hadisələrdən sonra TFF Hüquq Müşavirliyi tərəfindən İntizam Şurasına edilən müraciətlər məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

"Bülbüllər" matçı yarımçıq tərk etdikləri üçün qərar verilməsindən ötrü Peşəkar Futbol İntizam Şurasına (PFDK) müraciət olunub. "Fənərbaxça"nın İdarə Heyətinin üzvü Ahmet Ketenci ilə bağlı da eyni yarışda idmana uyğun olmayan davranışı səbəbilə PFDK-ya müraciət edilib.

"Qalatasaray"la bağlı isə "çirkin" şüarlara və meydanda baş verənlərə görə İntizam Şurasına müraciət olunub.

Qeyd edək ki, "Fənərbaxça" əzəli rəqibi "Qalatasaray"la matça U-19 komandası ilə çıxıb. Görüşün ilk dəqiqəsində qapısında qol görən "sarı-lacivərdlilər" oyunun 3-cü dəqiqəsində meydanı tərk ediblər. Beləliklə, Super Kubok matçı yarımçıq qalıb.