Nazir Qazaxıstan prezidentinin müşaviri ilə COP29-u müzakirə edib

Nazir Qazaxıstan prezidentinin müşaviri ilə COP29-u müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə Qazaxıstan Respublikası prezidentinin müşaviri, prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova arasında görüş keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

Bildirilib ki, görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.