Azərbaycanın U-19 millisi üçüncü oyununda da uduzub

Azərbaycanın U-19 millisi üçüncü oyununda da uduzub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb.

"Report" xəbər verir ki, yığma Latviyada meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 daha öncə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Xal durumu: Bolqarıstan – 9, Latviya – 6, Monteneqro – 3, Azərbaycan - 0.