Beynəlxalq Boks Assosiasiyası ASOIF-dən xaric edilib

Beynəlxalq Boks Assosiasiyası ASOIF-dən xaric edilib

Beynəlxalq Boks Assosiasiyası (IBA) Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyasından (ASOIF) xaric edilib.

"Report" xəbər verir ki, müvafiq qərar bu gün ASOIF-in Baş Assambleyasında qəbul edilib.

IBA-nın olimpiya hərəkatından çıxarılması əsas səbəb kimi göstərilib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) ötən ilin yayında IBA-nı tanımadığını açıqlayıb. Qərar İdman Arbitraj Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Buna Beynəlxalq Boks Assosiasiyasının son beş ildə maliyyə və idarəetmə problemlərini həll edə bilməməsi səbəb olub.