Bu ilin birinci rübündə 125 mindən çox Asan İmza sertifikatı verilib

Bu ilin birinci rübündə 125 mindən çox Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar – mart ayları ərzində ümumilikdə 77.299 müraciət üzrə 125 357 Asan İmza sertifikatı verilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, rüb ərzində vergi ödəyicilərindən daxil olmuş 9 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Yanvar – mart aylarında 1.892 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilib, 1.485 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 484 minə yaxın SMS göndərilib.