CPC Qara danizdə neftin aşırılmasını müvəqqəti dayandırıb

CPC Qara danizdə neftin aşırılmasını müvəqqəti dayandırıb

Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium, CPC) aprelin 9-dan etibarən Tengiz-Novorossiysk neft magistral boru kəmərinin obyektlərində planlı təmir işləri və yeni avadanlıqların qoşulması ilə əlaqədar neftin aşırılmasını 72 saat müddətinə dayandırıb.

Bu barədə “Birxeber.Az-Economics” konsorsiumun rəsmi məlumatına istinadən xəbər verir.

“2024-cü il aprelin 9-dan planlı dayandırma zamanı Xəzər Boru Kəməri Konsorsiumu Tengiz-Novorossiysk magistral neft kəmərinin obyektlərində profilaktik işlərin aparılmasına və yeni avadanlıqların qoşulmasına başlayıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, belə dayanmalar ildə ən azı iki dəfə baş verir və dayanmalarıb qrafiki bütün yükgöndərənlər və Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılır.

Hazırda CPC dəniz terminalında (Qara dəniz – red.) neftin yüklənməsini də dayandırıb və bu prosesin aprelin 11-dən onun bərpa olunması planlaşdırılır.

Qeyd edək ki, CPC uzunluğu 1,5 min km-dən çox olan magistral boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış, Rusiya, Qazaxıstan, eləcə də dünyanın aparıcı istehsal şirkətlərinin iştirakı ilə böyük beynəlxalq neft nəqli layihəsidir.

CPC sisteminə əsasən Qərbi Qazaxıstanın iri yataqlarında hasil edilən, habelə Rusiya istehsalçılarının nefti daxil olur.