“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycan Mərkəzi Bankı “İpək Yolu Sığorta” ASC-nin könüllü müraciəti əsasında, şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə ona sığorta fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Bu barədə "Birxeber.Az"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, “İpək Yolu Sığortanın müraciəti şirkətin malik olduğu mövcud insan, maliyyə və texnoloji resursları, eləcə də qarşıdakı dövrün inkişaf perspektivləri nəzərə alınmaqla qəbul edilən yeni biznes strategiyasına əsasən digər sığorta növlərinin inkişaf etdirilməsinin planlaşdırılması ilə əlaqədardır. Ötən il “İpək Yolu Sığorta” avtomobillərin icbari sığortası üzrə 334 520 manat sığorta haqqı toplayıb ki, bu da həmin növ üzrə toplanılan sığorta haqlarının 0,3 %-ni təşkil edir.

Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatana qədər və yaxud onlara Mülki Məcəllənin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənə qədər yerinə yetirməlidir.

Maliyyə Maliyyə
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

Maliyyə Maliyyə
Mikayıl Cabbarov: "Mədən vergisi daxilolmaları 2 dəfə artıb"

Mikayıl Cabbarov: "Mədən vergisi daxilolmaları 2 dəfə artıb"

Maliyyə Maliyyə
Azərbaycanda illik inflyasiya 13,6 % təşkil edib

Azərbaycanda illik inflyasiya 13,6 % təşkil edib

Maliyyə Maliyyə
SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib

SOCAR istiqrazlarının 4-cü kupon ödənişi edilib

Maliyyə Maliyyə
DB: “Azərbaycan ixrac bazarlarını genişləndirmək üçün məhsuldarlığı artırmalıdır”

DB: “Azərbaycan ixrac bazarlarını genişləndirmək üçün məhsuldarlığı artırmalıdır”

Maliyyə Maliyyə
AMB-nin sədri: "İnflyasiyanın artmasına əsas təsir göstərən amil idxaldır"

AMB-nin sədri: "İnflyasiyanın artmasına əsas təsir göstərən amil idxaldır"

Maliyyə Maliyyə
Kristalina Georgieva: "2023-cü ildə qlobal iqtisadi artım 3 %-dən aşağı enəcək"

Kristalina Georgieva: "2023-cü ildə qlobal iqtisadi artım 3 %-dən aşağı enəcək"

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.01.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.01.2023)

Maliyyə Maliyyə
Hesablama Palatası: “Neft hasilatının azalması iqtisadi artım tempini zəiflədib”

Hesablama Palatası: “Neft hasilatının azalması iqtisadi artım tempini zəiflədib”

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.03.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.03.2023)

Maliyyə Maliyyə
Argentinada 2023-cü ildə inflyasiya 100%-i keçə bilər

Argentinada 2023-cü ildə inflyasiya 100%-i keçə bilər

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.01.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (10.01.2023)