Karate üzrə Azərbaycan yığması beynəlxalq turniri bir medalla başa vurub

Karate üzrə Azərbaycan yığması beynəlxalq turniri bir medalla başa vurub

Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.

Federasiyadan "Birxeber.Az"a verilən məlumat görə, karateçi 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatan turnirdə Azərbaycan 7 idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla tamamlayıb.