İsDB yüksək texnologiyalar sahəsində olan təqaüd proqramında iştiraka dəvət edir

İsDB yüksək texnologiyalar sahəsində olan təqaüd proqramında iştiraka dəvət edir

İslam İnkişaf Bankı (İsDB) 2024-2025-ci tədris ili üzrə yüksək texnologiyalar sahəsində fəlsəfə doktoru və postdoktorantura səviyyələri üzrə tədqiqatlar üçün təqaüd proqramına ərizə qəbulu elan edir.

“Birxeber.Az”un məlumatına görə, proqrama lazer və fiber optika, biotexnologiya, kompüter elmləri, yanacaq texnologiyası, tibb və s. daxil olmaqla, ümumilikdə 17 sahə üzrə tədqiqatlar daxildir.

Təqaüd proqramında iştirak etmək istəyən namizədlər aprelin 20-dək İsDB-nin təqaüd portalı (www.isdb.org/scholarships) vasitəsilə müraciət edə bilərlər. Ərizəçilər magistr və ya fəlsəfə doktoru dərəcəsinə, müvafiq iş təcrübəsinə, aidiyyəti sahə üzrə nəşr olunmuş araşdırmalara malik olmalıdırlar. Proqramda fəlsəfə doktoru dərəcəsi üzrə yaş həddi 35, postdoktorantura üzrə isə 40 yaş müəyyən edilib. İsDB ilə əməkdaşlıq müqavilələri olan və ya yüksək beynəlxalq reytinqlərdə qeyd olunan Oksford, Kembric və s. universitetlərin məzunlarına üstünlük verilir. Proqrama təhsil haqları, aylıq təqaüd, tibbi sığorta və s. təminatlar daxildir.

Qeyd edək ki, 1992-ci ildən təqdim edilən təqaüd proqramı dünya miqyasında tanınmış universitet və institutlarda ali təhsil almaq üçün təqaüdlər təklif edir. Proqramın əsas məqsədi İsDB-ə üzv ölkələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən tətbiqi elm və texnologiya sahələrində perspektivli alim və tədqiqatçılara təqaüd verməklə ixtisaslı insan resurslarını inkişaf etdirməkdir.