Azərbaycanın stolüstü tennisçisi Lüksemburqda beynəlxalq təlim-məşq toplanışına qatılıb

Azərbaycanın stolüstü tennisçisi Lüksemburqda beynəlxalq təlim-məşq toplanışına qatılıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Federasiyadan "Report"a verilən məlumata görə, o, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun Lüksemburqda keçirdiyi hazırlıq prosesinə qatılıb.

Toplanışa dünya səviyyəli çinli məşqçilər - 4 qat olimpiya çempionu Zhanq Yinqyinqlə digər olimpiya çempionu Yanq Sen rəhbərlik edirlər. Hazırlıq prosesi aprelin 15-də başa çatacaq.

Onur Quluzadə ardınca aprelin 17-20-də Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.