Ukrayna ordusunda iki komandan vəzifədən azad edilib

Ukrayna ordusunda iki komandan vəzifədən azad edilib

Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətdə olan iki komandanı işdən çıxarılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinad edən “RBK-Ukraina” yayıb.

Qeyd olunur ki, “Cənub” və Qərb” Operativ komandanlıqlarının komandanları – general-mayor Andrey Kovalçuk ilə general-mayor Sergey Litvinov tutduqları vəzifədən azad olunub.

Bu informasiya ilə əlaqədar detallar hələ açıqlanmayıb.