Sadır Japarov: Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da dərinləşir

Sadır Japarov: Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da dərinləşir

Son illər Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da dərinləşir.

Birxeber.Az xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramovu qəbulu zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

Prezident Sadır Japarov dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın fəaliyyətindən məmnun olduğunu bildirib.

Qəbulda dinamik şəkildə inkişaf edən və möhkəmlənən ikitərəfli əlaqələrimizin parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.