“Sevilya” Serxio Ramosla razılığa gələ bilməyib

“Sevilya” Serxio Ramosla razılığa gələ bilməyib

İspaniyanın “Sevilya” klubu futbolçusu Serxio Ramosla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

“Report” “Todofichajes” saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin klubdakı taleyi yaxın günlərdə bəlli olacaq.

Təcrübəli futbolçu ilə MLS və Səudiyyə Ərəbistanı klubları maraqlanır. Xüsusən də Lionel Messinin formasını geyindiyi "İnter Mayami" onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Serxio Ramos cari mövsüm La Liqada 20 oyun keçirib və 3 qol vurub.