Sabiq diplomat: Ermənistanın ABŞ və Aİ ilə yaxınlaşması son dərəcə təhlükəlidir

Sabiq diplomat: Ermənistanın ABŞ və Aİ ilə yaxınlaşması son dərəcə təhlükəlidir

Ermənistanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşması son dərəcə təhlükəlidir.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu keçmiş diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden bildirib.

Onun fikrincə, ABŞ Qafqazın daxili işlərinə müdaxiləni dayandırmalıdır: “Biz postsovet məkanına ziyan vurmağı dayandırmalıyıq”.

Ekspert Ermənistan hökumətini Ukrayna və Gürcüstanın təcrübəsini nəzərə almağa çağırıb: “Hər iki ölkə Qərb himayədarlarının yalan vədlərinə, o cümlədən, NATO-ya üzvlüklə bağlı deyilənlərə inanırdı”.