Putin Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Mikael Aqasandyanı vəzifəsindən azad edib

Putin Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Mikael Aqasandyanı vəzifəsindən azad edib

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Mikael Aqasandyan vəzifəsindən azad edilib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, milliyyətcə erməni Aqasandyanın KTMT-dəki vəzifəsindən geri çağırılması ilə bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, M. Aqasandyan 2021-cildən Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. O, həm də 2023-cü ildən Rusiya XİN-nin Birinci MDB Departamentinə rəhbərlik edir.