Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 % artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 809,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çox investisiya yönəldilib.

"Birxeber.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,7 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 4,8% artıb.

3 ay ərzində istifadə olunmuş investisiyanın 2 milyard 122,6 milyon manatı və yaxud 55,7 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 453,1 milyon manatı və yaxud 38,2 %-i xidmət sahələrinə, 233,5 milyon manatı və yaxud 6,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 024,8 milyon manatını və yaxud 79,4 %-ni daxili investisiyalar təşkil edib, 2 milyard 681,9 milyon manatı və yaxud 70,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.