Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Bakının Xəzər rayonun Binə qəsəbəsində üzərində “Makarov” silahı gəzdirən şəxs saxlanılıb.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.