Azərbaycanda iqtisadi artım 4% təşkil edib

Azərbaycanda iqtisadi artım 4% təşkil edib

2024-cü ilin yanvar-mart aylarında ölkədə 29 milyard 96,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal olunub.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.