Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 8%-dək artıb

Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 8%-dək artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2%, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 29%-i emal sektorunda, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb”, - məlumatda qeyd olunur.