Ceyhun Bayramov: Sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslər qəbuledilməzdir

Ceyhun Bayramov: Sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslər qəbuledilməzdir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin bərpa, quruculuq, sülh səylərindən, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslərin qəbuledilməz olduğunu vurğulayıb.

Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqliyi bir daha diqqətə çatdırılıb.