Aİ Ukraynanın idxal rüsumlarından daha 1 il azad olunmasına ilkin razılıq verib

Aİ Ukraynanın idxal rüsumlarından daha 1 il azad olunmasına ilkin razılıq verib

Avropa İttifaqı ölkələri Ukraynanın daha bir il müddətinə idxal rüsumlarından azad olunmasına dair ilkin razılıq əldə edib.

Birxeber.Az-nın bu ölkənin mətbuatına istinadən xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasından məlumat verilib. Bildirilib ki, müvafiq razılıq şuranın rəhbərliyi ilə Avropa Parlamentinin təmsilçiləri arasında əldə olunub.

Qeyd edilib ki, bu qəbildən olan məhsullara quş əti, yumurta, şəkər, yulaf, qarğıdalı və digərləri daxildir. Bununla yanaşı, tərəflər adı çəkilən ölkəyə ixraca təsir edə biləcək amillərin araşdırılması və aradan qaldırılması üçün birgə fəaliyyət göstərməyə də razılaşıblar.

Avrozona ölkələri rəsmi Kiyevə idxal və ixrac üçün müəyyən şərtlər də irəli sürüb. Belə ki, gətirilən məhsulların həcmi 2021-ci ilin ikinci yarısı, eləcə də 2022-2023-cü illərin göstəricilərindən artıq olarsa, bu zaman gömrük tarifi kvotası mexanizmi işə düşəcək.

Bu arada o da məlum olub ki, Avropa Komissiyası Ukraynadan dənli bitkilərin idxalına monitorinqi gücləndirəcək. Bir neçə gün sonra müzakirəyə çıxarılacaq yeni qaydalar təsdiqlənsə 2025-ci ilin iyununadək qüvvədə olacaq.

Qeyd edək ki, adı çəkilən ölkəyə münasibətdə rüsumların sıfırlanması barədə təkliflər cari ilin yanvarında müzakirəyə çıxarılıb.