Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Qlobal karantin tədbirləri səbəbiylə yalnız İnternet vasitəsilə işini və təhsilini davam etdirən çoxlu sayda insanın gündəlik həyatına böyük təsir göstərməyə davam edir.

Bu səbəbdən internet təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi və kiber təhlükəsizliyin gücləndirilməsi olduqca önəmlidir. Adi istifadəçilər mütəxəssislərlə yanaşı kibertəhlükəsizliyin əsaslarını da öyrənməli və kibergigiyena qaydalarına riayət etməlidirlər.
B.EST Solutions şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında “Elektron Hökumətin İnkişaf Mərkəzi” və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə kibergigiyena elektron təlim platformasını həyata keçirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlıq proqramı çərçivəsində müqavilə imzaladı.
Bu kurs, onlayn mühitdə təhlükəsiz təcrübəsinin yüksəldilməsi və kiberhücumlara qarşı boşluqların aradan qaldırılması məqsədilə müxtəlif dövlət təşkilatları və agentlikləri, maliyyə strukturları, sığorta şirkətləri və universitetlər üçün nəzərdə tutulmuşdur.
Tərəfdaşlıq, B.EST Solutions şirkətilə birlikdə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “Elektron Hökumətin İnkişaf Mərkəzi” tərəfindən təşkil ediləcək bir sıra treniqlərin başlanğıcı olacaq. Bu layihə çərçivəsində təlimçilər beynəlxalq standartlar, milli təhlükəsizlik tələblərinə, informasiya təhlükəsizliyinin təşkilati siyasəti və ən qabaqcıl təcrübə əsasında kibertəhlükəsizlik risklərinin azaldılması üçün ən yeni təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim edəcəklər.