Azərbaycan iqtisadiyyatı 4 % böyüyüb

Azərbaycan iqtisadiyyatı 4 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Birxeber.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 %, qeyri neft-qaz sektorunda isə 6,7 % artıb.

ÜDM istehsalının 39,3 %-i sənaye, 9,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 20,4 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 %-ni təşkil edib.

3 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 2 856,5 manat olub.