"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin ballar üzrə nisbəti açıqlanıb

"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin ballar üzrə nisbəti açıqlanıb

"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin 50 faizdən çoxu 400-dən yuxarı bal toplayan şəxslərdir.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dördüncü "Yüksəliş" müsabiqəsinə müraciət edən namizədlərin 3062 nəfəri 300-dən aşağı balla universitetlərə qəbul olub:

"301-400 bal arası toplayanların sayı 3405 nəfər, 401-500 bal toplayanlar 3599 nəfər, 501-600 bal toplayanlar 3217 nəfər, 601-700 bal toplayanlar isə 1802 nəfərdir".