Belçikada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

Belçikada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli polisə istinadən "Frans Press" agentliyi məlumat yayıb.

"Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, pis eniş olub", - polis bildirib.

Məlumata görə, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib. Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı boş avtomobilə çırpılıb və partlayış olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub.