Rusiyanın ABŞ-dəki səfiri: Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir

Rusiyanın ABŞ-dəki səfiri: Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir

Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir. Bu, Rusiyanın milli təhlükəsizliyinə təhdiddir.

"Birxeber.Az" xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın qələbəsinin zəruri olduğunu bildirib:

"Yalnız Rusiya Federasiyasının fundamental maraqlarından xəbərsiz siyasətçilər gözləyə bilər ki, Kiyevin bizə düşmən olan bloka daxil olmasını qəbul edək. ABŞ rəsmilərinin Ukraynanın Alyansa üzv olması ilə bağlı bəyanatlar yayması göstərir ki, Rusiya Silahlı Qüvvələrinin döyüş meydanında qeyd-şərtsiz qələbəsi bizim üçün yeganə düzgün variantdır".

Qeyd edək ki, ABŞ rəsmiləri Ukraynanın NATO-ya yalnız münaqişə başa çatdıqdan sonra üzv olacağı barədə bəyanatlar veriblər.