Bakıda kiber üsullarla kartlardan 93 min manat talayan şəxs saxlanılıb

Bakıda kiber üsullarla kartlardan 93 min manat talayan şəxs saxlanılıb

Polis əməkdaşları Bakıda kiber üsullarla kartlardan 93 min manat talayan şəxsi saxlayıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsullarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.