NYT: HAMAS partlamamış İsrail mərmilərindən istifadə edir

NYT: HAMAS partlamamış İsrail mərmilərindən istifadə edir

İsrail istəmədən Fələstinin radikal HƏMAS hərəkatı üçün əsas silah mənbəyinə çevrildi.

APA xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, HAMAS “İsrailin Qəzza zolağına atdığı minlərlə partlamamış hərbi sursatdan” çoxlu sayda raket və tank əleyhinə silah istehsal edə bilib.

HAMAS daha sonra raketlərində istifadə etmək üçün onlardan partlayıcı maddələr çıxarır. Nəşr qeyd edir ki, hərəkat həmçinin döyüşçüləri “İsrail bazalarından oğurlanmış” silahlarla təchiz edir.

Qəzetin yazdığına görə, İsrail hakimiyyəti HAMAS-ın bölmələrinin ehtiyaclarını təmin etmək qabiliyyətini və imkanlarını yanlış qiymətləndirib. Yəhudi dövlətinin son 17 ildə anklavı blokadada saxlamaq üçün istifadə etdiyi silahlar indi İsrailin özünə yönəlib.