Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası məsələsini müzakirə edəcək

Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası məsələsini müzakirə edəcək

Ermənistan parlamenti müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə bu gün Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələsini müzakirə edəcək.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan bildirib.

“Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, - o deyib.

“Ermənistan” fraksiyası məlumat verib ki, bu məsələnin müzakirəsi hakim “Mülki müqavilə” partiyasının tələbi ilə bağlı qapalı keçiriləcək. Məruzəçilər baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan olacaq.