Xankəndi-Laçın yolunda aksiya 48 gecədir davam edir, şüarlar səsləndirilir

Xankəndi-Laçın yolunda aksiya 48 gecədir davam edir, şüarlar səsləndirilir

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Birxeber.Az”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının daha 5 avtomobili maneəsiz hərəkət edib - VİDEO

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının daha 5 avtomobili maneəsiz hərəkət edib - VİDEO

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 82 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10 

Xankəndi-Laçın yolunda sülhməramlıların 82 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10 

QARABAĞ QARABAĞ
Politoloq: “Qarabağa hərbi texnikanın daşınması beynəlxalq hüququn pozulmasıdır”

Politoloq: “Qarabağa hərbi texnikanın daşınması beynəlxalq hüququn pozulmasıdır”

QARABAĞ QARABAĞ
Tərtərdə 43 yaşlı kişi minaya düşərək xəsarət alıb

Tərtərdə 43 yaşlı kişi minaya düşərək xəsarət alıb

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Azərbaycanlı etirazçılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət edib - ƏLAVƏ OLUNUB

Azərbaycanlı etirazçılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət edib - ƏLAVƏ OLUNUB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz hərəkət edib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobil karvanı maneəsiz hərəkət edib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 70 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10

Xankəndi-Laçın yolunda sülhməramlıların 70 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10

QARABAĞ QARABAĞ
Qırx səkkiz günlük dirəniş - Xankəndi-Laçın yolundakı aksiyanın tələbləri dəyişməzdir

Qırx səkkiz günlük dirəniş - Xankəndi-Laçın yolundakı aksiyanın tələbləri dəyişməzdir

QARABAĞ QARABAĞ
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq

Azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq