Ceyhun Bayramov qırğız həmkarını COP29 barədə məlumatlandırıb - FOTO - YENİLƏNİB

Ceyhun Bayramov qırğız həmkarını COP29 barədə məlumatlandırıb - FOTO - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məlumatlandırıb.

Birxeber.Az-nın məlumatına görə, bu barədə nazir özünün “X” hesabında yazıb:

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, - Xarici işlər nazirinin paylaşımında belə deyilir.

***

08:43

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayev ilə görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər təkbətək görüş keçirib.